Sankt-Peterburqda dəhşətli yanğın: Ölən və yaralananlar var – VİDEO

Sankt-Peterburqda dəhşətli yanğın: Ölən və yaralananlar var – VİDEO
20:35 12-04-2021 | icon 89

Sankt-Peterburqda “Nevskaya” fabrikində güclü yanğın baş verib.

Rusiya KİV-i ölkə FHN-nə istinadən məlumat verir ki, hadisə nəticəsində bir nəfər yanğınsöndürən ölüb, iki nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yanğın 10 min kvadratmetr sahəni əhatə edir və getdikcə də genişlənərək ətrafdakı tikililərə yayılır.

Fabriklə yanaşı olan hosteldən 50 nəfər təxliyyə olunub.  

Hazırda əraziyə çox sayda yanğınsöndürən texnika, o cümlədən helikopterlər cəlb olunub.




0.7644100189209