Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddiallar  cəfəngiyyatdır

Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddiallar  cəfəngiyyatdır
17:14 12-04-2021 | icon 137

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istismara məruz qalması haqda iddialarına aydınlıq gətirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev milletinsesi.info-ın sorğusuna cavabında bildirib ki, Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıdırlar:

“Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər yerinə yetirilir. 

Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir”.

 




0.3103609085083