Sahil Babayev Anar Bayramovu özünə yeni müşavir təyin edib

Sahil Babayev Anar Bayramovu özünə yeni müşavir təyin edib
16:28 12-04-2021 | icon 152

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəyə təyinat olub.

milletinsesi.info-ın məlumatına görə, nazir Sahil Babayev Anar Bayramovu özünə yeni müşavir təyin edib.

Qeyd edək ki, A.Bayramov bu təyinata qədər “A-Qrup Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. 

Məlumat üçün bildirək ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub.

1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.

1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.

2009-cu ildən “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir.

Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.





0.31429100036621