Naxçıvanda maaşlar cüzi artıb

Naxçıvanda maaşlar cüzi artıb
14:56 12-04-2021 | icon 86

Naxçıvanda orta aylıq əməkhaqqı yanvar ayı ilə müqayisədə cüzi artıb.

milletinsesi.info-ın Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-fevral aylarında əməkhaqqı 6,3 faiz artıb.

Beləliklə, Muxtar Respublikada bir işçiyə hesablanmış orta ayıq əməkhaqqı 536,2 manat təşkil edib. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 504,5 manat olub.

Nigar Məmmədova




0.25364899635315