Cari mövsüm ikinci dəfə bir turda üç heç-heçə qeydə alındı

Cari mövsüm ikinci dəfə bir turda üç heç-heçə qeydə alındı
13:07 12-04-2021 | icon 78

Azərbaycan Premyer Liqasının XXII turunun dörd oyunundan üçündə heç-heçə qeydə alınıb.

milletinsesi.info xəbər verir ki, yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib (4:1).

“Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə dörd qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması səkkiz komandanın mübarizə apardığı son beş mövsümün rekordunun təkrarıdır. Bu müddətdə doqquzuncu dəfə belə hadisə yaşanır.

Cari mövsümdə isə ikinci dəfə üç heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşib.




0.31830811500549