Prezident Fəzail İbrahimlini “Şöhrət” ordeni ilə təltif edib

Prezident Fəzail İbrahimlini “Şöhrət” ordeni ilə təltif edib
12:44 12-04-2021 | icon 1300

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

MillətinSəsi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavinidir. O, parlament rəhbərliyində müxalifəti təmsil edir.

F.İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.

1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.

1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.

2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.

Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.




0.78499889373779