SOCAR-ın ödədiyi vergilər dövlət gəlirlərinin 10 faizini təşkil edib

SOCAR-ın ödədiyi vergilər dövlət gəlirlərinin 10 faizini təşkil edib
12:14 12-04-2021 | icon 91

Dövlət Neft Şirkətinin (SOCAR) 2021-2023-cü illər ərzindəki ümumi kapitalı 9 milyard manat məbləğində müəyyən edilib.

milletinsesi.info-ın məlumatına görə, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in Dövlət Neft Şirkətinin fəaliyyəti ilə bağlı hesabatında qeyd olunub. 

Agentlikdən bildilib ki, SOCAR tərəfindən ödənilən vergilər 2019-cu ildə dövlət gəlirlərinin demək olar ki, 10 faizini təşkil edib. Eləcə də, dövlətin SOCAR-ın borcunun 9 faizə qədərinə zəmanət verdiyi əlavə edilib.

Dövlətlə SOCAR arasındakı əlaqələrin qiymətləndirilməsi zamanı şirkətin sosial rolu xüsusi diqqətdə saxlanılıb. SOCAR Azərbaycanda 50 mindən çox işçinin fəaliyyət göstərdiyi, şirkət tərəfindən dividend ödənilməsə də, dövlət büdcəsinə nağd vəsaitlərin ödənilməsi və ya sosial layihələrin birbaşa maliyyələşdirilməsində əhəmiyyətli rolunun olduğu qeyd edilib. 

Nigar Məmmədova




0.28900694847107