Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:42 12-04-2021 | icon 107

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Axşam.az-ın məlumatına görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.




0.30160689353943