Bakıda həkim koronavirusdan vəfat etdi 

Bakıda həkim koronavirusdan vəfat etdi 
09:21 12-04-2021 | icon 263

Azərbaycanda həkim koronavirusdan vəfat edib. 

milletinsesi.info-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı milletinsesi.info-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.  

Könül Cəfərli




0.34561491012573