Maltada qopan barmağını bel çantasında Türkiyəyə gətirdi – FOTO/VİDEO

Maltada qopan barmağını bel çantasında Türkiyəyə gətirdi – FOTO/VİDEO
02:42 12-04-2021 | icon 110

Türkiyəli Berk Altınəlli uzun illərdir mühəndis olaraq, beynəlxalq sularda üzən gəmilərdə çalışır.

“Haber Global”ın məlmatına görə, iş sırasında qəza keçirən mühəndisin sağ əlindəki işarə barmağı orta büküşündən kəsilib.

Bu zaman Maltada olan Berk yerli həkimlərə müraciət etsə də, ona kəsik barmağını tullamağı məsləhət görüblər. O isə məsləhətlərə qulaq asmayaraq, barmağını bel çantasına qoyub və Türkiyəyə qayıdıb.

11 saatlıq mikrocərrahiyyə əməliyyatından sonra mühəndisin barmağı uğurla yerinə tikilib.  




0.40416502952576