Hindistanda meymunlara oğurluq öyrədən şəxslər saxlanılıb

Hindistanda meymunlara oğurluq öyrədən şəxslər saxlanılıb
01:42 12-04-2021 | icon 72

Nyu-Dehli polisi meymunlara küçədə insanları qarət etməyi öyrədən iki şəxsi saxlayıb.

Bu barədə “Al-Arabiya” məlumat yayıb.

Məlumata əsasən, meymunların qarətinə məruz qalmış vəkil polisə şıkayət edib. O bildirib ki, heyvanlar onun cibindən xeyli pul çıxararaq qaçıblar.

Polisdən verilən məlumata görə, saxlanılan şəxslər həbsxanaya, meymunlar isə reabilitasiya mərkəzinə göndərilib.




0.30364394187927