Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb
01:21 12-04-2021 | icon 71

Mingəçevir sakini bıçaq xəsarəti alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib.

1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.




0.23348116874695