Ağstafada iki avtomobil toqquşdu: Bir nəfər xəstəxanalıq oldu

Ağstafada iki avtomobil toqquşdu: Bir nəfər xəstəxanalıq oldu
22:28 11-04-2021 | icon 91

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb mərkəzinin məlumatına görə, Ağstafa şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində rayonun Kolayır kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.




0.23297214508057