MİDA yaşayış kompleksi üçün 1 milyon manat xərcləyəcək

MİDA yaşayış kompleksi üçün 1 milyon manat xərcləyəcək
18:26 11-04-2021 | icon 135

“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsinə 1 milyon manatdan çox vəsait yönəldəcək.

İnterfax.az xəbər verir ki, “www.etender.gov.az” saytında dərc olunmuş məlumatda, MİDA-nın “Electro Construction” QSC ilə müvafiq müqavilə bağladığı qeyd edilib. Müqavilənin dəyəri 1 milyon 86,072 min manatdır. Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.

Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.




0.28594994544983