Dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz

Dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
02:14 11-04-2021 | icon 107

Dünya 2021-ci ildə beynəlxalq iqtisadi böhrandan çıxa bilməyəcək.

TASS xəbər verir ki, Rusiya “Ali İqtisadiyyat Məktəbi”nin ekspertləri bu qənaətə gəlib.

“Son aylarda bir çox ölkəni bürüyən yeni pandemiya dalğaları fonunda qlobal iqtisadiyyatın 2021-ci ildə böhrandan tam şəkildə çıxarılması ilə bağlı ilkin proqnozların özünü doğrultmayacağı indidən aydındır”, - deyə bildirilir.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal iqtisadiyyata mənfi təsir göstərən amillər hələ də aradan qaldırılmayıb.




0.27561211585999