Fəxrəddin Altun: “Bir daha qürurla “Qarabağ Azərbaycandır!” deyirəm”

Fəxrəddin Altun: “Bir daha qürurla “Qarabağ Azərbaycandır!” deyirəm”
20:28 10-04-2021 | icon 86

“Şübhəsiz ki, Türkiyə və Azərbaycanın Qarabağ müharibəsində ortaya qoyduğu həmrəylik və əməkdaşlıq haqlı tezislərimizin bütün dünyaya çatdırılmasını təmin etdi, əl-ələ verdiyimiz zaman öhdəsindən gələ bilmədiyimiz əngəl olmadığını göstərdi”.

Bu sözləri Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun Bakıda keçirilən Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

“Buradan bir daha qürurla “Qarabağ Azərbaycandır!” deyirəm. Qardaşlarımızın xoşbəxtliyini bölüşürəm”, - deyə F.Altun bildirib.




0.22015285491943