Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO

Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO
19:35 10-04-2021 | icon 102

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

milletinsesi.info xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib. Çempionluğa iddia edən “Neftçi” “Qəbələ”nin qonağı olub.

Oyunun ilk hissəsində hesab açılmasa da, ikinci hissədə əsl qol dueli yaşanıb.

Belə ki, 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

Bundan 8 dəqiqə sonra paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov matçda tarazlıq yaradıb.

67-ci dəqiqədə “qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa komandasını sevindirib.

Bakılıların kapitanı Emin Mahmudov 72-ci dəqiqədə penaltidən fərqlənməklə oyunda son nöqtəni qoyub -2:2.

Bu nəticədən sonra xalını 43-ə çatdıran “Neftçi” ən azı bir günlük liderliyə yüksəlib. “Qəbələ” isə 24 xalla 5-cidir.




0.28238487243652