“Təmiz Şəhər” ASC on beş min borcu olan şirkətə 297 minlik tender verib

“Təmiz Şəhər” ASC on beş min borcu olan şirkətə 297 minlik tender verib
18:35 10-04-2021 | icon 316

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti 297.826 manatlıq satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin “Müxtəlif təyinatlı xüsusi texnikalar vasitəsi ilə xidmətlərin satın alınması” lotu üzrə keçirilən satınalmanın qalibi “Yaşıl Vadi-RMP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub..



 

“Yaşıl Vadi-RMP” MMC 2010-cu ildə dövlət reyestrində qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Axundov Rüfət Arif oğludur.

“Yaşıl Vadi-RMP” MMC-nin hazırda dövlətə 15.782 manat borcu var.

Azərbaycan Respublikasının Satınalmalar Haqqında olan Qanununa görə satınalmalarda iştirak edən şirkətlərin tender komissiyasına təqdim etdiyi mühüm sənədlərdən biri də dövlətə vergi borcunun olmaması haqqında müvafiq orqanlardan alınan arayışdır.

Xatırladaq ki, “Yaşıl Vadi-RMP” MMC-yə Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәt maliyyә dәstәyi göstərib.

Onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovdur. 




0.24551510810852