Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
15:49 10-04-2021 | icon 71

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki iki evdən ümumilikdə 6 200 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri M.Babayev və  F.Vahidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




0.27339196205139