Fəxrəddin Altun: “Türk dünyasına təhdidlərin başında FETÖ durur”

Fəxrəddin Altun: “Türk dünyasına təhdidlərin başında FETÖ durur”
15:14 10-04-2021 | icon 1500

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun türk dünyasına qarşı məqsədli dezinformasiya kampaniyası aparıldığını bəyan edib.

milletinsesi.info-ın məlumatına əsasən, F.Altun Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib ki, qurum atdığı hər addımda həqiqətə xidmət etməyə çalışır.

O, rəqəmsal faşizmin təhdid olduğunu da diqqətə çatdırıb: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”, - deyə F.Altun əlavə edib.

F.Altun əlavə edib ki, hazırda türk dünyasına təhdidlərin başında FETÖ durur. O, FETÖ-nün virus kimi türk dünyası ölkələrinə yayıldığını da vurğulayıb: “Hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik. Biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq. Türkiyə-Azərbaycan birgə media platformasının yaradılmasının çox böyük əhəmiyyəti var. Bununla da güclərimizi birləşdirəcəyik”.

Fəxrəddin Altunun sözlərinə görə, dezinformasiyalar qarşı birgə mübarizə aparılması, güclərin birləşdirilməsi vacibdir. Onun sözlərinə görə, digər önəmli təhdid isə rəqəmsal faşizmdir: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”.

 




0.3419189453125