Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq 

Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq 
23:35 07-04-2021 | icon 50

Vətən müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı Türkiyənin Balıkesir şəhərində yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

“Report” xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb.

O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 




0.29395198822021