Gəncə sakinində silah və narkotik aşkarlanıb 

Gəncə sakinində silah və narkotik aşkarlanıb 
16:07 07-04-2021 | icon 37

Gəncə sakinində silah və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini, Seymur Quluzadə saxlanılaraq, RPİ-ə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.6 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S.Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib.

Baxış zamanı evdən parça torbada bir ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, iki ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

 




0.25531697273254