Sahil Babayev hansı xəstəliyə yoluxub? – İlginc foto yayıldı

Sahil Babayev hansı xəstəliyə yoluxub? – İlginc foto yayıldı
13:59 06-04-2021 | icon 908

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdə xəstəlik aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin üz dərisində ləkələr meydana gəlib. Bu səbəbdən nazir müalicə alır.

Sahil Babayevin dərisində yaranan problemə görə ona günəşli havada gəzməmək tövsiyə edilib.

sahilbabayev

Qeyd edək ki, insanın üz dərisində ləkələr meydana gəlməsi dəri xərçənginin də əlamətlərindən ola bilər. Çünki, dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi birləşdirir.

Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı yerləri tutur. Bu dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli gedişi ilə izah olunur. 

Dəri xərçənginin əmələ gəlməsində əsas rol ultrabənövşəyi şüalanmaya (UBŞ) məxsusdur. Müəyyən olunmuşdur ki, dəri xərçənginin əmələgəlmə intensivliyi UBŞ intensivliyi və təsir müddətindən asılıdır. Baş-boyun və üz nahiyyəsinin dərisində daha tez-tez rast gəlməsinin səbəbi həmin nahiyyələrin açıq qalmasıdır.

Peşə zərərləri ilə əlaqədar dəri xərçəngi əksər hallarda dərinin yanar qazıntılar, termiki işlənmə məhsulları ilə kontaktı zamanı əmələ gəlir.

Dəri xərçəngi müxtəlif travmalar və xroniki iltihabi xəstəliklərdən sonra əmələ gələn çapıq toxuması fonunda inkişaf edə bilər.

İmmunsupressiya (immunitetin zəifləməsi) dəri xərçənginin əmələ gəlməsinə meyillilik yaradır.

Dərinin bazalhüceyrəli xərçəngi zamanı vaxtında aparılan adekvat müalicədən sonra residivlərə nadir hallarda rast gəlinir.

Yastıhüceyrəli xərçəngin uzaq orqanlarda metastazlarına nadir hallarda rast gəlinir.

Dəri xərçənginin klinik gedişi rəngarəng olub, şişin histoloji quruluşundan, lokalizasiyasından və klinik formasından asılıdır. 




0.30583620071411