ABŞ əcnəbi mütəxəssislər üçün sərhədlərini açır

13:56 31-03-2021
|
51

ABŞ prezidenti Co Baydenin administrasiyası əcnəbi mütəxəssislər üçün bir sıra iş vizalarının verilməsinə qoyulan qadağanı ləğv etməyi planlaşdırır.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın yeni rəhbərliyi “H-1B”, “H-2B”, “H-4”, “L” tipləri və “J” kateqoriyalı sənədlərin bir çoxu da daxil olmaqla, keçən il tətbiq olunan bir neçə növ iş vizasının verilməsinə qoyulan qadağanı yeniləməməyi düşünür.
Onların hamısı ABŞ-da işləmək hüququ verir.
Qeyd edək ki, Donald Trampın prezidentliyi müddətində yanvarın əvvəlində uzadılmış qadağanın müddəti bu gün başa çatır.