“Böyük dəbilqə”: Cüdo komandamız 15-ci yerdədir

“Böyük dəbilqə”: Cüdo komandamız 15-ci yerdədir
03:28 07-03-2021 | icon 141

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində ikinci günün yarışlarına yekun vurulub.

Komandamız bir bürünc medalla 15-ci pillədədir. Yaponiya komandası beş qızıl, bir gümüş, bir bürünc medalla turnir cədvəlinə liderlik edir.

Yığmamızın aktivinə bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb. Belə ki, R.Orucov ilk görüşlərində sloveniyalı Martin Hojakı, sonra rusiyalı Oleq Bobqoyevi mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmada Ferdinand Karapetyana məğlub olan cüdoçumuz təsəlliverici görüşdə yerli idmançı Murodjon Yuldoşyevdən üstünlüyünü nümayiş etdirib. R.Orucov üçüncü yer uğrunda Özbəkistan komandasının digər üzvü Obidxon Nomonovu məğlub edərək bürünc medala sahib olub.

Mübarizə aparmış digər cüdoçularımız isə yarışı medalsız tərk ediblər. Belə ki, 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.




0.38353586196899