ABŞ qırğızıstanlı kriminal avtoritetə görə 5 milyon dollar mükafat təklif edir

ABŞ qırğızıstanlı kriminal avtoritetə görə 5 milyon dollar mükafat təklif edir
02:07 06-03-2021 | icon 72

ABŞ Dövlət Departamenti Qırğızıstandan olan kriminal avtoritet Kamçibek Kolbayevlə bağlı informasiya üçün təyin olunan mükafatı 5 milyon dollara qaldırıb.

Bu barədə Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Dövlət Departamentindən bildirilib ki, K.Kolbayevin “həbsinə gətirib çıxaracaq” və ya onun “qanunsuz təşkilatlarının maliyyə axınını pozmağa” imkan verəcək informasiya üçün mükafat artırılıb.

2000-ci ildə Kolbayev iki nəfərin öldürülməsi və daha bir cinayətə cəhdə görə mühakimə olunub və 25 il müddətinə həbs edilib. Altı il həbsdə qaldıqdan sonra qaçıb.

2007-ci ildə Dövlət Departamenti Kolbayevi Qırğızıstandakı ən nüfuzlu cinayətkar dəstənin lideri kimi xarakterizə edib.




0.38310384750366