Somalidə partlayış: 20 ölü, 30 yaralı

Somalidə partlayış: 20 ölü, 30 yaralı
01:07 06-03-2021 | icon 116

Somalinin paytaxtı Moqadişoda partlayış nəticəsində azı 20 nəfər ölüb.

“Reuters” xəbər verir ki, hazırda dağıntılar altından 20 nəfərin cəsədi çıxarılıb.

Yerli təcili yardım xidməti hadisə nəticəsində 30 nəfərin yaralandığını bildirib.

Hadisə şahidlərinin sözlərin görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranın qarşısından ötərkən, həbsxana yaxınlığında partlayıb. Daha sonra atəş səsləri eşidilib.

Polis partlayışın baş verdiyi məhəlləyə gedən bütün yolları bağlayıb.

Hadisə nəticəsində ölənlərin sayının artması ehtimal olunur.




0.82499599456787