Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb - YENİLƏNİB + FOTO

Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb - YENİLƏNİB + FOTO
22:14 04-03-2021 | icon 152

Türkiyədəki helikopter qəzasında ölənlərin sayı 10-a çatıb.

“Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən biri xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.

Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün “Twitter” səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb.

19:57

Türkiyənin Tatvan ilçəsinin Çəkməcə kəndi yaxınlığında ölkənin silahlı qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, hadisə günorta saatlarında baş verib. Qəza nəticəsində doqquz hərbçinin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

 




0.26589107513428