Əcnəbi azarkeşlər Tokio Olimpiya Oyunlarına buraxılmaya bilər

Əcnəbi azarkeşlər Tokio Olimpiya Oyunlarına buraxılmaya bilər
06:00 04-03-2021 | icon 155

Yaponiya hökuməti əcnəbi azarkeşlərin Olimpiya Oyunları ilə əlaqədar ölkəyə gəlişini qadağan etməyi düşünür.

“Reuters” xəbər verir ki, bu, ölkədə tətbiq olunan koronavirus tədbirləri ilə bağlıdır.

Təşkilatçılar həmçinin yerli azarkeşlərin də idman obyektlərinə buraxılması barədə qəti qərar verməyiblər.

Olimpiadada hansı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqda yekun rəy təşkilat komitəsinin Beynəlxalq Olimpiya Komitəsilə məsləhətləşmələrindən sonra açıqlanacaq.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 23-də start götürəcək.




0.43579411506653