Myanmarda polislə toqquşmada 38 etirazçı həlak olub

Myanmarda polislə toqquşmada 38 etirazçı həlak olub
05:42 04-03-2021 | icon 162

Myanmarda 1 fevral dövlət çevrilişindən sonra etirazlar səngimir.

TASS xəbər verir ki, təkcə bu gün ölkənin müxtəlif şəhərlərində polislə mitinqçilər arasındakı toqquşmalarda 38 nəfər həlak olub.

Bu barədə BMT-nin bölgədəki xüsusi nümayəndəsi Kristin Şraner Burgener məlumat verib. Onun sözlərinə görə, indiyədək etirazlarda ölənlərin sayı artıq 50-yə çatıb. Həmçinin, asayiş keçikçilərinin kütləyə odlu silahdan atəş açmaları nəticəsində onlarla şəxsin yaralandığı bildirilib.

Müxtəlif mənbələrdən verilən məlumatlara əsasən, bugünədək bütün ölkəni bürüyən iğtişaşlar nəticəsində 850-dən çox şəxs saxlanılıb.




0.24694585800171