Piyadanı vuran yük avtomobilindən 114 miqrant çıxdı – FOTO/VİDEO

Piyadanı vuran yük avtomobilindən 114 miqrant çıxdı – FOTO/VİDEO
04:21 04-03-2021 | icon 162

Türkiyənin Van şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Haber Global”ın məlumatına görə, yük avtomobili yolu keçməyə çalışan Əbubəkir Aksoyu vurub. 74 yaşlı qoca aldığı xəsarətlər səbəbindən xəstəxanada vəfat edib.

Qəza ilk baxışdan adi görünsə də, yol nəqliyyat hadisəsindən dərhal sonra baş verən hadisələr hər kəsi təəccübləndirib.

Belə ki, hadisə yerinə gələn polislər yük avtomobilindən qəribə səslərin gəldiyini eşidiblər. Avtomobilə baxış keçirilən zaman onun yük hissəsində 114 qanunsuz miqrant aşkarlanıb.

Əsasən Əfqanıstan, Pakistan və Banqladeş vətəndaşları olan köçkünlər aidiyyəti qurumlara təhvil verilib.




0.39038515090942