Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu

Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu
01:00 04-03-2021 | icon 99

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Rayonun Ə. Ələkbərov küçəsində avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Eyvazov Ədil Əli oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.




0.42550206184387