Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi minaya düşdü: vəziyyəti ağırdır

Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi minaya düşdü: vəziyyəti ağırdır
19:31 03-03-2021 | icon 218

Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Trend-in məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir. 

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib ki, Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib. O qeyd edib ki, yaralı əməliyyat olunub: “Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti nəzarətdə saxlanılır”.

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı hissəsi amputasiya edilib. O, həm də çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 




0.50518918037415