Ronaldu növbəti uğuru ilə adını İtaliya çempionatının tarixinə yazdırdı - VİDEO

Ronaldu növbəti uğuru ilə adını İtaliya çempionatının tarixinə yazdırdı - VİDEO
11:28 23-02-2021 | icon 54

“Yuventus” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu İtaliya çempionatında “Krotone” ilə oyunda dubl edib və yeni rekorda imza atıb.

Oyun Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

“Opta Sports” xəbər verir ki, qələbədə əsas pay sahibi olan K.Ronaldu həmçinin A seriyasında bir mövsümdə oynayan bütün klubların qapısına yol tapmağı bacaran futbolçu kimi adını tarixə yazdırıb.