Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it - FOTO/VİDEO

Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it - FOTO/VİDEO
05:35 23-02-2021 | icon 61

Canavarın başını qataraq sahibinin həyatını xilas edən iti ölümündən sonra “Mənim şəfqətli və zərif heyvanım” beynəlxalq mükafatına namizəd göstərmək istəyirlər.

Bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, hadisə Rusiyanın Komi vilayətində baş verib.

Bununla bağlı kadrlardan aydın olur ki, üç uşaq gizlənqaç oynayarkən, onlardan biri evdən kənarda qar topasının arxasında gizlənmək qərarına gəlir. Bu zaman ona tərəf bir canavar yaxınlaşır. Həmin vaxt cek-rassel-teryer cinsli it duyuq düşərək canavara tərəf atılır. O, vəhşi heyvanın diqqətini özünə yönəldir, 10 yaşlı uşaq isə bu vaxt evinə qaçaraq xilas olmağı bacarır.

Canavar iti dişinə alaraq meşədə gözdən itir. Sonradan sədaqətli heyvanın cəsədi yol kənarından tapılır.