Şamaxıda avtomobil qəzası: Yaralı Bakıya göndərildi

Şamaxıda avtomobil qəzası: Yaralı Bakıya göndərildi
09:28 28-01-2021 | icon 123

Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Yolu keçən 1989-cu il təvəllüdlü Seyidov Mehrab Seyidbəy oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

M.Seyidovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.