Əmrah Çəlikəl: “Mahir Emreliyə bir neçə klub maraq göstərir”

Əmrah Çəlikəl: “Mahir Emreliyə bir neçə klub maraq göstərir”
17:49 25-01-2021 | icon 92

“Mahir Emreli üçün kluba rəsmi təklif gəlməyib. Bilirəm ki, Mahirə bir neçə klub maraq göstərir. Amma bizə rəsmi şəkildə heç bir müraciət olmayıb. Ona görə də bu barədə nəsə deməyimiz düzgün deyil”.

Bunu milletinsesi.info-a “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

O, adı Belçika klubları ilə çəkilən “Qarabağ”ın hücumçusu Mahir Emreliyə rəsmi təklif gələcəyi halda klubun rəsmi mövqeyini belə əsaslandırıb:

“Əgər rəsmi təklif gələrsə, baş məşqçimizlə bu məsələni müzakirə edəcəyik”.

“Qarabağ”ın qış transfer müddətində futbolçu almasına gəlincə, Əmrah Çəlikəlin fikri belə olub:

“Transferlərlə bağlı işlər gedir. Ancaq transfer etmək çətinləşib. Onsuz da qışda boşda qalan yaxşı transfer tapmaq çətindir. Üstəlik, pandemiya səbəbindən əcnəbi futbolçunun ölkəmizə gəlməsi məhdudlaşıb. Ancaq hələ ümidimiz var. Yanvarın 31-dək transfer etmək şansımız var”.

Səbuhi Musayev