İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi
10:00 22-01-2021 | icon 72

44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.  Bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb. 

Bildirilib ki, Quba rayonu 2-ci Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib. 

Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.