Koronavirusun ağciyərlərə yeni “giriş qapısı” aşkarlanıb

Koronavirusun ağciyərlərə yeni “giriş qapısı” aşkarlanıb
08:49 22-01-2021 | icon 84

Alimlər koronavirusun ağciyərlərə daxil olmasının yeni yolunu müəyyən ediblər.

Çinli tədqiqatçılar məqalələrini “Cell Research” jurnalında dərc ediblər.

Onların sözlərinə görə, virus üçün ağciyər və bronx hüceyrələrinə “giriş qapısı” yalnız ACE2 zülalı (koronavirusun daxil olması üçün əsas kanal sayılır) deyil, AXL fermenti də ola bilər.

Qeyd edilir ki, AXL - hüceyrələrin sağ qalması, diferensiallaşması və immunitet reaksiyaları daxil olmaqla bir çox fizioloji prosesdən məsul olan membran zülalıdır.

Alimlərin fikrincə, bu reseptorları söndürməklə ağciyərdə virus nüsxələrini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.