Vaksinasiya zamanı özünütəcridin vacibliyi vurğulanıb

Vaksinasiya zamanı özünütəcridin vacibliyi vurğulanıb
05:14 22-01-2021 | icon 74

Koronavirus vaksininin birinci və ikinci dozaları arasında özünütəcrid lazımdır.

Bu barədə rusiyalı virusoloq, professor Mixail Şelkanov xəbərdarlıq edib.

Onun sözlərinə görə, ilk peyvənddən iki həftə əvvəl və peyvəndin birinci və ikinci dozaları arasındakı müddətdə (üç həftə) xəstələnməmək üçün hər cür səy göstərilməlidir.

Professor bildirib ki, qaydalara görə əslində vaksinasiya epidemiyadan əvvəl aparılmalıdır, lakin indi seçim yoxdur.

“Bu, əlbəttə ki, vaksin tədbirlərinin effektivliyini azaldacaq, lakin bu, peyvəndlərin pis olduğu üçün deyil, hazırda olduğumuz şəraitlə bağlıdır”, - deyə professor vurğulayıb.