Bakıda yanvarın 4-də evdən qaçan qız ailəsinə təhvil verildi 

Bakıda yanvarın 4-də evdən qaçan qız ailəsinə təhvil verildi 
16:42 21-01-2021 | icon 105

Yanvarın 4-də itkin düşən və yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilən S.L (şərti ad) ailəsinə təhvil verilib. 

Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məsələ komitə tərəfindən araşdırılıb. Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilib. Bu səbəbdən də S.L və ailəsi komitənin tövsiyəsi əsasında Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunublar:

“Bu gün dövlət komitəsi və rayon icra hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirib. Nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib. Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır”-, deyə məlumatda qeyd olunub.