Gəncədə qapısına qıfıl vurulan müəssisələr - VİDEO

Gəncədə qapısına qıfıl vurulan müəssisələr - VİDEO
22:56 18-01-2021 | icon 184

Vaxtı ilə adı “Gəncə Toxuculuq Kombinatı” olan bu gün isə “Gəncə Tekstil ASC” adlandırlan müəssisə 90-cı illərin əvvəllərindək 3500 işçi qüvvəsi çalışıb.

Müəssisədə dörd növbəli iş rejimi olub və zavod istehsal etdiyi məhsulları Azərbaycanla yanaşı MDB dövlətləri üçün də təmin edib. Lakin bu gün müəssisə əvvəlki gücünü itirib. Hazırda ancaq sifariş əsasında fəaliyyət göstərir.

Ümumiyyətlə, bu gün Gəncə şəhərində təxminən 17 iri müəssisə var ki, onlarında əksəriyyəti ya işləmir, ya da öz gücündən çox-çox aşağı vəziyyətdə fəaliyyət göstərir.

Siyahıya “Billur Zavod”, Qənnadı Fabriki, Maşınqayırma, “Çini Qablar” və digər sənayə obyektlərini adlarını əlavə etmək olar. Bu istehsal müəssisələrindən ancaq “Detal Alüminum” və “Billur Zavod” qismən gücü ilə işləməkdədir.

Ekspertlərin firkincə, sözügedən iri zavdoların fəaliyyətinin dayanması xaricdən ölkəmizə idxal olunan məhsulların ucuz qiymətə başa gəlməsidir. Problemi aradan qaldırmaq, başqa sözlə desək, sözügedən müəssisələrin işləməsi üçün sahibkarların cəlb edilməsi də digər bir seçimdir.

Hər halda, illərlə qapısına qıfıl vurulan istehsal obyektləri yeni iş yerləri olmaqla yanaşı, Gəncənin sənaye potensialının inkişafı istiqamətində də mühüm əhəmiyyət daşıyır.