Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – FAKTİKİ HAVA
22:42 18-01-2021 | icon 106

Yanvarın 18-i saat 21:00-a olan faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib. 

Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb. 

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub. 

Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.