Ermənistanda kollaps: Dramın devalvasiyası başladı – VİDEO

Ermənistanda kollaps: Dramın devalvasiyası başladı – VİDEO
21:21 18-01-2021 | icon 96

Hazırda Ermənistanda iqtisadi kollaps yaşanır. Gözlənildiyi kimi, Ermənistanın pul vahidi dramın devalvasiyası başlayıb.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti video təhlilində qeyd olunur.

Bununla yanaşı, Ermənistan sərhədlərinin açıq olmasına baxmayaraq, koronavirus pandemiyası səbəbindən heç kim ölkəni tərk edə bilmir. Ölkədə bitki yağı və un da daxil olmaqla, əsas ərzaq məhsullarının qiyməti artıb. Çörəyin isə çəkisi düşüb.

Bu böhranın fonunda Ermənistanda türkofobiya mühitinin hökm sürdüyü də qeyd olunur.

Bunun səbəblərindən biri də erməni mağazalarındakı rəflərdə müəyyən mallarda Azərbaycan dilində yazıların tapılmasıdır.

“Caliber”in hazırladığı süjetdə həmçinin bölgənin nəqliyyat və iqtisadi infrastrukturundakı dəyişikliklər, Azərbaycanın öz ərazilərini azad etməsindən sonra Ermənistanın iqtisadi itkiləri, itkin düşən övladlarını tapmağa ümidini itirmiş erməni valideynlərin çarəsizliyi, Ermənistanın rəsmi dairələrinin ölən və itkin düşən hərbçilər barədə dəqiq məlumatı gizlətməyə çalışmasına toxunulub.

Daha ətraflı “Caliber”in növbəti təhlilində: