Qadın atıcımız üçün Olimpiadaya vəsiqə şansı

Qadın atıcımız üçün Olimpiadaya vəsiqə şansı
18:28 18-01-2021 | icon 75

26 fevral - 8 mart tarixlərində Finlandiyanın Lohya şəhərində keçirilməli olan, lakin pandemiya səbəbindən ləğv edilən 10 metr məsafəyə güllə atıcılığı (tüfəng və pnevmatik tapança) üzrə Avropa çempionatı barədə yekun qərar verilib.

milletinsesi.info xəbər verir ki, 10 metr məsafə üzrə Olimpiadaya altı kvota yer qaldığından, bu yarış 25, 50, 300 metr məsafəyə, qaçan hədəflər və stend atıcılığı üzrə Avropa çempionatı ilə birgə keçiriləcək.

Həmin yarış isə Xorvatiyanın Osiyek şəhərində 23 may - 6 iyun tarixlərində baş tutacaq.

Qeyd edək ki, atıcılıqda Ruslan Lunyov 2019-cu ildə Olimpiadaya vəsiqə qazanıb. Digər idmançımız Nigar Bağırovanın da lisenziya qazanması üçün bu yarışda iştirakı şərtdir.

Səbuhi Musayev