Trampın tərəfdaşları Baydenin andiçmə mərasimini pozmağı planlaşdırır

Trampın tərəfdaşları Baydenin andiçmə mərasimini pozmağı planlaşdırır
03:35 16-01-2021 | icon 102

ABŞ-da ultrasağçı ekstremistlər Co Baydenin andiçmə mərasimi pozmağı planlaşdırır.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırkı prezident Donald Trampın tərəfdarlarını Kapitoliyə hücuma təhrik etməsi “hakimiyyətin seçilmiş prezidentə ötürülməsini pozmaq və bir neçə ay və bəlkə də illərlə seçkilərin legitimliyinə şiddətlə meydan oxumaq üçün ümummilli ekstremist hərəkatı stimullaşdırıb”.

Hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, mümkün etirazlar zamanı ultrasağçılar silah və ya partlayıcı qurğulardan istifadə edə bilərlər.