ÜST Norveçdə peyvəndlə əlaqəli 23 ölüm hadisəsinin araşdırılmasını izləyir

ÜST Norveçdə peyvəndlə əlaqəli 23 ölüm hadisəsinin araşdırılmasını izləyir
02:21 16-01-2021 | icon 88

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Norveçdə koronavirusa qarşı peyvənddən sonra 23 ölüm xəbərindən məlumatlıdır.

Bunu “RİA Novosti”yə açıqlamasında ÜST-ün sözçüsü Katarina de Kat deyib.

Onun sözlərinə görə ÜST araşdırmanı yaxından izləyir.

Qeyd edək ki, daha əvvəl Norveçdəki mütəxəssislərin koronavirus əleyhinə peyvənd edildikdən sonra həyatını itirən 23 nəfərin ölüm səbəblərini araşdıracaqları bildirilmişdi. Onlardan 13-nün hazırda araşdırıldığı qeyd edilir. Bildirilir ki, ümumi yan təsirlər yaşlı insanlardakı xəstəliklərin daha ciddi gedişatına səbəb ola bilər.

Norveç Milli Səhiyyə İnstitutu ağır xəstəlikləri olan yaşlı xəstələrin peyvənd edilməsi üçün tövsiyələri bir qədər dəyişdirib.