Angela Merkelin partiyasında sədr seçkiləri keçiriləcək - FOTO

Angela Merkelin partiyasında sədr seçkiləri keçiriləcək - FOTO
23:35 15-01-2021 | icon 88

Sabah Almaniyanın Xristian Demokrat Birlik Partiyasının minlərlə üzvü partiyanın yeni sədrini seçəcək.

“Euronews” xəbər verir ki, sədr vəzifəsinə namizəd üç nəfərin hamısı kişidir.

Sədr vəzifəsinə iddialı olan namizədlərdən biri Fridrix Merts “Merkel dövrünə” son qoymaq və sosial, iqtisadi siyasətdə dəyişikliklər etmək niyyətində olduğunu elan edib.

Lakin ekspertlər bildirir ki, F.Mertsin ciddi siyasi təcrübəsinin olmaması onun partiya seçkilərində əleyhinə işləyə bilər.

Xristian demokratların digər iddialı namizədi Armin Laşet isə əksinə, partiyanın mövcud xəttini davam etdirməyə hazır olduğunu bəyan edib.

Üçüncü namizəd Norbert Rötgen isə autsayder namizəd kimi qəbul edilir.

Onun vaxtı ilə torpaq hökuməti başçısı postundakı siyasi karyerası o qədər də uğurlu alınmayıb.