Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: "12 yaşlı qız Komitənin nəzarətinə götürülüb"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: "12 yaşlı qız Komitənin nəzarətinə götürülüb"
13:21 06-01-2021 | icon 110

Axtarılan 12 yaşlı Ləman Şahbazova tapılaraq Komitənin nəzarətinə götürülüb. Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.
Hadisə dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarətə götürülüb. 12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. 
Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.