Bakıda daş sexindən külli miqdarda oğurluq edildi

Bakıda daş sexindən külli miqdarda oğurluq edildi
17:14 04-12-2020 | icon 186

Bakının Suraxanı rayonunda külli miqdarda oğurluq hadisəsi törədilib.

milletinsesi.info-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Qaraçuxur qəsəbəsinin Promıslova küçəsində yerləşən daş sexindən ümumi dəyəri 30 000 manat olan beton plitələr oğurlanıb.

Bu barədə 32-ci Polis Bölməsinə müəssisənin sahibi, 1992-ci il təvəllüdlü Sənan Bəxtiyarov məlumat verib. Onun sözlərinə görə, oğurluq günorta saatlarında törədilib.

Hazırda polis əməkdaşları oğurluqda iştirak edən şəxslərin kimliyini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, ötən gün ərzində paytaxtda 38 şəxsi, bir dövlət əmlakı oğurluğu qeydə alınıb.

Ramella İbrahimxəlilova